18:19, 19 İyun 2019 (Çərşənbə) 249

Azərbaycan əsgəri vəfat edib

Azərbaycan əsgəri vəfat edib
Elnur Əsgərzadə İmişlidə dəfn edilib.

İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılmış və Murovdağda xidmət etdiyi bildirilən Elnur Bəhram oğlu Əsgərzadə vəfat edib. Yaxınlarının sözlərinə görə, o, iyunun 7-də başından güllə yarası alıb və Gəncə şəhər hospitalına yerləşdirilib. 12 gün koma vəziyyətində olan əsgəri həyata qaytarmaq mümkün olmayıb.

"Meydan.Tv"nin məlumatına görə, Elnur Əsgərzadə iyunun 19-da İmişli rayonunun Qaralar kəndində dəfn edilib.

Hərbçinin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), İmişli Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi bildirilir.

Müdafiə Nazirliyi faktla bağlı hər hansı açıqlama verməyib.