15:21, 14 May 2019 (Çərşənbə axşamı) 36

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə görüş başlayıb

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə görüş başlayıb
Bakıda dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilir.

Bu barədə Report.az məlumat yayıb.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov məlumat verib.

Nazir deyib ki, onlar delimitasiya məsələsi ətrafındakı vəziyyəti müzakirə edəcəklər: "Mayın 14-də Bakıda nazir müavini Xələf Xələfov ilə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilir. Görüş artıq başlayıb, onlar delimitasiya məsələsi ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Görüş ikigünlükdür, sabah da davam edəcək".