16:35, 20 İyun 2019 (Cümə axşamı) 52

Azərbaycan ilə Rusiya sərhədinin demarkasiyası üzrə növbəti iclas keçirilib

Azərbaycan ilə Rusiya sərhədinin demarkasiyası üzrə növbəti iclas keçirilib
İyunun 18-dən 20-dək Bakı şəhərində Azərbaycan ilə Rusiya arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyninrəsmi saytından məlumat verilib.

Məlumata  görə, iclasda dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

"Görüş əsnasında tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planı qəbul edib. İclasın nəticələrini əks etdirən protokola uyğun olaraq, birgə komissiyanın işçi qrupu tərəfindən builin iyul-oktyabr aylarında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yerləri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq,” məlumatda deyilir.

Birgə Komissiyanın növbəti iclasının Rusiya Federasiyası ərazisində keçirilməsi nəzərdə tutulur.