12:05, 06 Aprel 2020 (Bazar ertəsi) 218

"Azərbaycan iqtisadiyyatı 0,5% böyüyəcək"

Bu il Azərbaycanın iqtisadiyyatı 0,5% artacaq. 

"Report” xəbər verir ki, bu Asiya İnkişaf Bankının (ADB) açıqladığı "Asian Development Outlook 2020” hesabatında qeyd edilir.

Hesabata görə, Azərbaycanda ÜDM 2021-ci ildə isə 1,5% artım olacaq.

Adıçəkilən hesabatda Azərbaycanda baş verəcək inflyasiya da proqnozlaşdırılıb. Belə ki, ADB Azərbaycanda 2020-ci ildə 2,5%, 2021-ci ildə isə 3,5%-lik inflyasiya olacağını gözləyir.