21:45, 20 Avqust 2019 (Çərşənbə axşamı) 331

Azərbaycan mədəniyyəti karikaturalarda - VİDEOREPORTAJ

ADO müsabiqəni yekunlaşdırıb

ADO teatrının "Azərbaycan mədəniyyəti bu gün" adı altında başlatdığı karikatura müsabiqəsinin yekununa həsr olunmuş sərgi keçirilib. 

Layihənin məqsədi Azərbaycan mədəniyyətinin bugünkü durumuna karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaqdır.

Sərgi 19 avqustda ADO-nun məkanında baş tutub. 

Sərgidə müsabiqənin qalibləri elan edilib.

 Qaliblərə pul mükafatı və sertifikatlar təqdim olunub.

Hazırladı:
Nərgiz Absalamova