Siyasət

Azərbaycan mətbuatının durumu: Helsinki Komissiyasının hesabatı və reaksiyalar

5 May, 2020
1028
Xədicə İsmayıl: "Hökumət özü bu işlərlə məşğul olmaq niyyətində deyil”.
 
"Azərbaycanda koronavirusla bağlı informasiya insanlara məhdud çatdırılır. Jurnalistlər isə verilən informasiyanı yoxlamaq imkanından məhrumdur”.

Pandemiya dönəmində Azərbaycan mediasının durumunu şərh edən araşdırmaçı jurnalist Xədicə İsmayıl Toplum TV-yə açıqlamasında belə deyir. 

3 May Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Helsinki Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Alsi.L.Hastinqs və Komissiyanın həmsədri senator Rocer Viker bəyanatla çıxış ediblər. 

Bəyanatda medianın vəziyyətinin ağır olduğu deyilən ölkələr sırasında Azərbaycan da yer alıb.

Hastinqs qeyd edib ki, Rusiya, Azərbaycan və Macarıstan kimi ölkələr  "Covid-19” pandemiyası haqqında mühüm məlumat dərc edənləri cinayət məsuliyyətinə cəlb edirlər. 

Xədicə İsmayılın sözlərinə görə, hökümət pandemiya dövründə ilk ölüm faktı haqqında rəsmi məlumatı yaymaqda gecikdi: "İlk ölüm halı məlumatını həmin gün verməmişdilər. Mən bu məlumatı öz "Facebook” profilimdə paylaşandan sonra informasiya yayıldı və rəsmi olaraq təsdiqləndi”. 

Araşdırmaçı jurnalist özü də bu xəbəri dərhal yox, onun doğruluğunu yoxladıqdan, yəni bir neçə gün sonra yaydığını söyləyir.  

O, bu haqda informasiya almağın getdikcə çətinləşdiyini də vurğulayır: "İndi isə ümumiyyətlə, koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkimlər də, xəstələr də qapalı rejimdə saxlanılır. Əldə edilən məlumatları təsdiqləmək mümkün deyil. Biz də ara-sıra aldığımız məlumatları yoxlamadan vermək məsuliyyətini öz üzərimizə götürə bilmirik”. 

Pandemiya dönəmində bir neçə jurnalist koronavirusa yoluxma haqda məlumat yaydığına görə təqibə məruz qaldığını, polisə çağrıldığını bildirib. 

Xədicə İsmayıl sual edir: "Adama küçədə gəzdiyinə görə sutkalıq həbs verə bilirlərsə, jurnalistin hansı dərəcədə informasiya azadlığı var?”

Jurnalist Azərbaycan teleməkanında tənqidi araşdırmalar aparan  jurnalistlərin yazılarına və reportajlarına yer verilməməsinə də diqqət çəkir: "Ölkədə tənqidi materiallar verən saytlar blokdadır. Bu bloklanmaların bir qismi məhkəmə qərarları ilə baş verir, digər bir qismi isə heç məhkəmə qərarları olmadan”.

X.İsmayıl əlavə edir ki, yalnız jurnalistlər, blogerlər deyil, adi insanlar belə, sosial mediada yazdığı fikirlərə görə təqiblərə məruz qalır. 

Onun qənaətincə, hazırda jurnalistlərə yalnız sosial şəbəkələrdə yoxsullar barədə reportajlar yaymağa şərait yaradırlar. Jurnalist bu addımı hökumətin öz məsuliyyətini boynundan atması kimi qiymətləndirir: "Hökumət özü bu işlərlə məşğul olmaq niyyətində deyil”.

Mehman Əliyev: "Medianın hakimiyyətdən aslılığı göz qabağındadır”
 
 

"Turan”informasiya agentliyinin direktoru Mehman Əliyev də pandemiya dövründə jurnalistlərin fəaliyyətinin qanunsuz şəkildə məhdudlaşdırıldığı qənaətindədir. 

Onun fikrincə, medianın hakimiyyətdən aslılığını görməmək mümkün deyil.

Mehman Əliyev hökumətin nəzarətində olan KİV-lərin işlərini pandemiya üzərində qurduqlarına diqqət çəkir: "Neftin qiyməti dünya bazarında 3 dəfə aşağı düşəndə Azərbaycanda yeni böhran yarandı. Hətta İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, ağır bir vəziyyət yaranıb. Televiziya kanalları isə bu ağır vəziyyətin nədən ibarət olması, bizi nələrin gözlədiyi barədə yazmaq əvəzinə  cəmiyyəti çaşdırmaq və daha çox pandemiyaya istiqamətləndirmək  məqsədi güddü”.

Müşviq Ələsgərli: "Beynəlxalq təşkilatların Azərbaycan mediası üzrə açıqlamalarını ədalətsiz hesab edirəm”

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli isə karantin dövründə jurnalistlərin fəaliyyətinə məhdudiyyət qoyulmadığını bildirir.

O, pandemiya dönəmində  "uzun illərdir hüquqları tanınmayan "freelancer”lərə” belə öz fəaliyyətləri ilə məşğul olmaq səlahiyyətinin verildiyini deyib: "Dövlət qurumlarına isə operativ fəaliyyət göstərərək  jurnalistlərin bütün suallarını cavablandırmaları tapşırığı verilmişdi. Yəni dövlət başçısı və dövlət qurumlarının göstərdiyi siyasi iradə jurnalistlərin hər cür fəaliyyətinə şərait yaradıb”.

Müşviq Ələsgərli: "Karantin dövründə jurnalistlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb”

Müşviq Ələsgərli pandemiya dövründə xaricdə bəzi KİV-lərin maliyyə çatışmazlığı ucbatından fəaliyyətlərini dayandırdıqlarını, iş yerlərinin ixtisar edildiyini vurğulayır: "Azərbaycanda heç bir KİV bu baxımdan fəaliyyətini dayandırmayıb. Hətta jurnalistlərə KİVDF-dən maliyyə yardımı göstərilib. Bu da dövlətin dəstəyi nəticəsində baş tutub”.

O, bir sıra beynəlxalq təşkilatların qərəzli davrandığını, Azərbaycanın adına "düzgün olmayan epitetlər yapışdırdıqlarını” iddia edir. 

"Sərhədsiz Reportyorlar” təşkilatının 2020-ci ilə olan hesabatına görə Azərbaycan mətbuat azadlığının durumuna görə araşdırılan 180 ölkə arasında 168-cı yerdə qərarlaşıb. 

2019-cu ildə isə Azərbaycan bu siyahıda 166-cı pillədə idi. 

Müşviq Ələsgərli bu təşkilatın hesabatını qərəzli, ədalətsiz hesab edir: "Sərhədsiz Reportyorların hesabatında Azərbaycan heç vaxt fərqli bir yerdə olmayıb. Ən demokratik vəziyyətdə belə, Azərbaycanın adını aşağı yerlərdə göstəriblər. Mən bu təşkilatın hesabatına münasibət bildirməyə heç zərurət də görmürəm”.

Ələsgər Məmmədli: "Helsinki Komissiyasında səsləndirilən fikirlər tamamilə gerçəyi əks etdirir”
 


M.Ələsgərlidən fərqli olaraq media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli bu il Azərbaycanda media mühitinin kifayət qədər daraldığını düşünür. 

O, karantin dövründə qanunvericilikdə media sahəsində "çox ciddi məhdudlaşdırmalar” edildiyini qeyd edir: "Karantin dönəmində medianı ilgiləndirən iki qanunvericilik dəyişikliyi olub. Hər ikisində yeni məsuliyyətlər yaradılıb. Bundan öncə də çox saylı məhdudiyyətlər vardı”. 

Media eksperti çox təəssüf hissi ilə Helsinki Komissiyasında səsləndirilən fikirlərin tamamilə gerçəyi əks etdirdiyini vurğulayır: " Beynəlxalq qurumların Azərbaycanda media azadlığı haqqında səsləndirdikləri fikirlər, o cümlədən ATƏT-in media ofisi rəhbərinin bununla bağlı bəyanatı, aparılan müşahidələr həqiqətdir”.

Ələsgər Məmmədli  ölkədə media azadlığına basqıların tamamən aradan qaldırılmasını və azad media mühitinin yaranmasını arzu edir.

Azərbaycanda son üç ildə "Azadlıq” qəzeti, "Azadlıq" radiosu, Meydan tv, ANS press, "Arqument.az" və "bastainfo.com" saytları, "Turan” telekanalı, "Azərbaycan saatı”, "Xural" qəzetinin saytı və s. internet ehtiyatları bloklanıb. 

Beynəlxalq qurumlar bunu tənqid etsələr də, rəsmi Bakı geri addım atmayıb.

Şəbnəm Adil


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo