Bu gün Azərbaycanda milli mətbuatın yaranmasından 144 il keçir.
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi olub.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin "Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
Ayda iki dəfə 300-400 tirajla yayımlanan bu qəzetin cəmi 56 nömrəsi işıq üzü görüb.
Sonrakı illərdə nəşr edilən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "İrşad”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi”nin ənənələrini davam etdirib.
Azərbaycanda "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Nərgiz Absalamova
XƏBƏRLƏR