09:42, 11 İyun 2019 (Çərşənbə axşamı) 36

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Azərbaycan millisi növbəti oyununa çıxacaq
İyunun 11-də futbol üzrə Azərbaycan millisi "AVRO-2020"nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Millimiz Slovakiya yığması ilə üz-üzə gələcək.

"Bakcell Arena"da keçiriləcək matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək. 

Bu, yığmanın E qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub - 1:3.

20:00. Azərbaycan - Slovakiya

Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson

"Bakcell Arena"