11:01, 28 Mart 2019 (Cümə axşamı) 292

Azərbaycan nefti 12 dollardan çox bahalaşıb

Azərbaycan nefti 12 dollardan çox bahalaşıb
Azərbaycan nefti "AzəriLayt”ın bir barreli 69,46 dollara satılır. 

Xəbəri martın 28-də AZƏRTAC yayıb.

London birjasında brent markalı neftin bir barrelinə 67,59 dollar, Nyu-York birjasında layt markalı neftin bir barrelinə 59,11 dollar qiymət qoyulduğu vurğulanır.

Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. "AzəriLayt” yanvara 57,19, fevrala 63,69, marta 67,62 dollarla start verib. İlin əvvəli ilə müqayisədə Azərbaycan nefti 12,30 dollar bahalaşıb.