12:16, 11 Yanvar 2019 (Cümə) 132

Azərbaycan nefti 63 dollardan bahadır

Azərbaycan nefti 63 dollardan bahadır
Yanvarın 11-də Azərbaycan nefti bahalaşıb. 

AZƏRTAC-ın məlumatına görə, "AzəriLayt” markalı neftin bir barreli 63,35 dollara satılır.

London birjasında brent markalı neftin bir barrelinə 61,61 dollar, Nyu-York birjasında layt markalı neftin bir barrelinə 52,62 dollar qiymət qoyulub.

Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. "AzəriLayt” 2019-cu ilə 57,19 dollarla start verib.