11:07, 13 Fevral 2019 (Çərşənbə) 305

Azərbaycan nefti 65 dollara yaxınlaşıb

Azərbaycan nefti 65 dollara yaxınlaşıb
Fevralın 13-də "AzəriLayt” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 64,74 dollara qalxıb.

AZƏRTAC xəbər verir ki, London birjasında brent markalı neftin bir barreli 63,05 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 53,63 dollara təklif olunur.

Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. "AzəriLayt” yanvara 57,19, fevrala 63,69 dollarla start verib.

Energetika Nazirliyinin hesabatına görə, bu ilin yanvarında Azərbaycanın gündəlik neft hasilatı 793 min barrel olub.