16:48, 26 İyun 2019 (Çərşənbə) 128

Azərbaycan Ordusu - 101 il

Azərbaycan Ordusu - 101 il
26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür

Azərbaycan Silahlı Qüvvələrin yaranmasından 101 il ötür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. 

O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ordu bayramı oktyabrın 9-da (gələcək milli ordunun ilk batalyonunun yaradıldığı gün) qeyd olunurdu. 1998-ci ilə qədər belə olub. 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Bu gün ordunun yaranması münasibətilə Bakının müxtəlif yerlərində saat 18:30-dan 20:30-dək hərbi orkestrlərin çıxışları təşkil olunub.

Bu barədə Nazirliyin rəsmi saytından məlumat verilib.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan və dünya bəstəkarlarının müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.

Hərbi orkestrlərin ifası yerli sakinlər və paytaxtımızın qonaqları tərəfindən maraqla qarşılanıb.
 
Əbülfət Baxşəli