Siyasət

Azərbaycan pasportunun ‘vətəndaşlıq keyfiyyəti’ azacıq artıb

21 Noyabr, 2019
389
Azərbaycan pasportu Kälin və Kochenov-un Vətəndaşlıq Keyfiyyəti İndeksində (Kälin and Kochenov’s Quality of Nationality Index (QNI) mövqeyini bir qədər yaxşılaşdıraraq 2018-ci ildə 160 ölkənin pasportları arasında 108-ci yerdən 105-ci yerə qalxıb.

Bu barədə məlumatı AzadlıqRadiosu məlumat yayıb.

Məlumata görə, bu indeksdə pasportlar keyfiyyət kateqoriyası üzrə beş dəstəyə bölünüb: "Çox yüksək”, "Yüksək”, "Orta”, "Aşağı” və "Çox aşağı”.

Azərbaycan vətəndaşlığı bütün dünya miqyasında keyfiyyətinə görə hələ də "aşağı” sayılır.

Bu kateqoriyaya reytinq cədvəlində 87-147-ci yeri tutan ölkələr daxil edilib.

Yeni QNI indeksində Azərbaycanın qonşuları 104-cü yerdə olan Dominikan Respublikası və 106-cı yerdə olan Kuba və Namibiyadır.

Sözü gedən indeksin tərtibçiləri Qroningen Universitetinin vətəndaşlıq və miqrasiya hüququ üzrə eksperti Dmitry Kochenov və Henley & Partners konsaltinq firmasının rəhbəri Christian Kälin-dir.

Index 2011-ci ildən aparılır. Maraqlıdır ki, 2011-ci ildə Azərbaycan pasportu 90-cı yerdə idi və ondan sonra 2017-ci ilədək eniş başlanıb və yalnız ötən il göstərici iki pillə yaxşılaşıb.

Qonşu Gürcüstan 2011-də Azərbaycandan geridə, 93 yerdə idi. Ermənistan pasportu da 2011-də 90-cı yeri tuturdu.

Lakin son reytinqdə Gürcüstan 77-ci, Ermənistan isə 98-ci yerdədir. Hər ikisi Azərbaycanı geridə qoyublar.

Yeni reytinqdə keçmiş sovet respublikalarından Azərbaycandan geridə olanlar yalnız Özbəkistan (109), Tacikistan (114) və Türkmənistandır (122).

Estoniya pasportu 19, Latviya və Litva pasportları 20-ci yerləri tuturlar.

Rusiya pasportu bu reytinqdə 62-ci yeri tutub. Ukrayna pasportu 75, Qazaxıstan 84, Belarus 86, Qırğızıstan 102-ci yerdədir.

Türkiyə pasportu 76-cı, İran pasportu isə 125-ci pillədə qərarlaşıb.

Ən keyfiyyətli və ya keçərli pasportların ilk 10-luğuna Fransa, Almaniya, Niderland, Danimarka, Norveç, İsveç, İslandiya, Finladiya, İtaliya, Britaniya, İrlandiya və İspaniya daxildir.

Birləşmiş Ştatların pasportu 25-ci yeri tutur.

Sözü gedən reytinqin hazırlanmasında vətəndaşlıq keyfiyyətinin müəyyən edilməsi üçün daxili və xarici faktorlar nəzərə alınıb.

Bunlar ölkə iqtisadiyyatının miqyası, insan potensialının inkişaf səviyyəsi, ölkədəki ictimai asayış və sabitlikdir.

Əsas göstəricilərdən biri də vətəndaşın neçə başqa ölkəyə vizasız gedib-gəlmək, orada yaşamaq və işləmək imkanının olmasıdır.

Indeksin hesabatında deyilir ki, "bu səbəbdən də Avstraliya kimi uzunömürlü, yaxşı təhsil və yaşayış səviyyəsi və ya ABŞ kimi böyük iqtisadiyyatı olan ölkənin vətəndaşı olmaq , Venesuela kimi neftlə zəngin, amma təhlükəli ölkənin vətəndaşı olmaqdan qat-qat üstündür”.

Bu indeks üzrə "ən az mötəbərliyinə” görə sonuncu yerləri Somali, Əfqanıstan və Cənubi Sudan tuturlar.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo