13:59, 09 Oktyabr 2019 (Çərşənbə) 479

Azərbaycan Prezidenti Gürcüstanın Baş Nazirini qəbul edib

Azərbaycan Prezidenti Gürcüstanın Baş Nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
Bu, Gürcüstan Baş Nazirinin ilk rəsmi səfəridir.

G. Qaxaria Azərbaycandan sonra, bazar günü Ermənistana səfər edəcək. Baş Nazirin bu ayın sonunda Türkiyəyə də səfəri planlaşdırılır.