16:58, 27 Sentyabr 2019 (Cümə) 1415

Azərbaycan qeyri-neft ixracını keçən ilə görə artırıb

Azərbaycan qeyri-neft ixracını keçən ilə görə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,277 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

Bu barədə "Report” xəbər verib.

Xəbərdə deyilir ki,  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nda bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

Hesabat dövründə Rusiyaya 427,1 milyon dollar (ümumi ixracın 33,4%-i), Türkiyəyə 278,6 milyon dollar (ümumi ixracın 21,8%-i), İsveçrəyə 111,5 milyon dollar (ümumi ixracın 8,7%-i), Gürcüstana 110,4 milyon dollar (ümumi ixracın 8,7%-i), İtaliyaya isə 33,5 milyon dollar (ümumi ixracın 2,6%-i) dəyərində qeyri-neft ixracı həyata keçirilib. Son 1 ildə Rusiyaya qeyri-neft ixracı 14%, Türkiyəyə 12%, İsveçrəyə 21%, Gürcüstana 25%, İtaliyaya isə 2,4 dəfə artıb.