16:05, 02 Sentyabr 2019 (Bazar ertəsi) 185

Azərbaycan siyasətçiləri sosial şəbəkədə nə qədər aktivdir? - VİDEO

Dünyada facebook istifadəçiləri günü gündən artır. Aktiv istifadəçilər arasında dünya siyasətçiləri də yer alır. 

Bəs Azərbaycanda vəziyyət necədir? 

Azərbaycanda 125 deputatdan 25 facebook istifadəçisidir.  Sosial şəbəkəyə ən son qatılan millət vəkili Siyavuş Novruzovdur. Sosial şəbəkə istifadəsinə qarşı olan deputatlar da var.  

"Sosial şəbəkədən istifadə edənlərin 90 faizi avaradır və  mənim onları avara adlandırmağa haqqım çatır”– bu sözləri deputat Araz Əlizadə deyib.

Azərbaycan müxalifəti də facebookdan aktiv istifadə edir.

Hazırladı: Əbülfət Baxşəli