12:51, 14 Oktyabr 2019 (Bazar ertəsi) 62

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının görüşü təxirə salınıb

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının görüşü təxirə salınıb
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirilərinin oktyabrın 16-da Tbilisidə keçirilməsi planlaşdırılan səkkizinci üçtərəfli görüşü təxirə salınıb.

"Report” bildirir ki, bu barədə  Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verib.

Məlumata əsasən, müvafiq qərar Türkiyənin müraciəti əsasında qəbul edilib.

Görüşün keçiriləcəyi yeni tarix hələlik məlum deyil.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.