15:50, 17 May 2019 (Cümə) 53

Azərbaycan Türkiyə sərhədində yanacaq dolu yük maşını partladılıb

Azərbaycan Türkiyə sərhədində yanacaq dolu yük maşını partladılıb
Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək-Dilucu sərhəd keçid məntəqəsində yanacaq dolu yük maşını partladılıb.

Türkiyə Dilucu Sərhəd Qapısından bildirilib ki, hadisə cümə axşamı günorta saatlarında baş verib.

Dilucu Sərhəd Qapısının adının çəkilməsini istəməyən məmuru BBC News Azərbaycancaya hadisəni "terror hücumu" kimi qiymətləndirib və deyib ki, ilk öncə tankerə atəş açılıb.

"Hadisə nəticəsində bir əməkdaşımız yaralıdır, ancaq vəziyyəti yaxşıdır", o deyib.

Əməkdaşın sözlərinə görə, atəş açanın tək, ya çox adam olduğu bəlli deyil, hadisə yerində polis araşdırma aparır.

Türkiyənin Anadolu xəbər agentliyi də partlayış barədə məlumat yayıb və bildirib ki, yanacaq daşıyan maşına atəş İran tərəfindən açılıb.

Məlumatda deyilir ki, yanacaq daşıyan yük maşını Naxçıvan nömrəsi daşıyıb və partladıldıqdan sonra yanaraq yararsız hala düşüb.

BBC News Azərbaycanca