11:24, 14 İyun 2019 (Cümə) 40

Azərbaycan və Ermənistanın XİN başçıları Vaşinqtonda görüşəcəklər

Azərbaycan və Ermənistanın XİN başçıları Vaşinqtonda görüşəcəklər
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşünün tarixi və yeri məlum olub.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən "Report"a bildirib.

Nazirlər iyunun 20-də ABŞ paytaxtı Vaşinqtonda görüşəcəklər.

Danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.