Siyasət

Azərbaycan Xalq Hərəkatı mitinq-yürüş keçirilməsinə qərar verib

11 İyun, 2019
335
İyunun 10-da Azərbaycan Xalq Hərəkatının (AXH) mitinq-yürüş keçirilməsi ilə bağlı qərar verdiyi açıqlanıb.

Bu barədə AzadliqRadiosu məlumat verib.

Aksiya keçirmək istəyən quruma daxil olan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun verdiyi məlumata görə, yürüşlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət olunub: "Ümid edirəm icazə veriləcək".

A.Şakiroğlu qeyd edib ki, yürüşdə "Qarabağı azad et, ya da özün get", "Qarabağa azadlıq", "Azad seçki" şüarlarının səsləndirilməsi gözlənir.

Qanunvericiliyin tələbinə görə, BŞİH qarşıdakı günlərdə onlara cavab verməlidir.

Bu qurum mayın 25-də də mitinq keçirmək istəyirdi. Əsasən "Qarabağa azadlıq" şüarı ilə keçirilməsi planlaşdırılan aksiya BŞİH ilə razılaşdırılmadığından təxirə salınmışdı. Təşkilatçıların bildirməsinə görə, şəhər rəhbərliyinin cavabında qeyd edilib ki, bu münaqişənin həlli ilə ən yüksək səviyyədə məşğul olunduğundan aksiyanın keçirilməsini məqsədəuyğun hesab etmirlər.

Hakimiyyət rəsmiləri ölkədə seçkilərin azad və ədalətli keçirilmədiyi ilə bağlı fikirləri də əsassız sayırlar.

Dağlıq Qarabağ münaqişəsi isə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması əldə edilənə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğuldur. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo