Siyasət

Azərbaycan Xalq Hərəkatının fəalları saxlanılıb

21 May, 2019
501
Azərbaycan Milliyətçi Demokrat Partiyasının (AMDP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvü İlyas Abdullayev mayın 18-də saxlanılıb. 

Bu barədə İlyas Abdullayevin vəkili Yavər Hüseyn bildirib.

Vəkilin sözlərinə görə, Qarabağ müharibəsi veteranı olan Abdullayevlə yanaşı, Yavər Mikayılov da saxlanılıb.

"İlyas Abdullayev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (MCQMİ) aparılıb. Mən vəkil kimi order imzalamışam. Mayın 20-də MCQMİ-də oldum. Mənə qeyri-rəsmi olaraq bildirdilər ki, Abdullayev bu idarədə saxlanılmır. Mən də məsələ ilə bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etmişəm ki, hüquqlarını müdafiə etdiyim şəxslə əlaqə salxamağıma imkan vermirlər, bu isə vəkil kimi mənim, müvəkillimin hüquqlarının pozulması deməkdir", deyə vəkil qeyd edib.

Yavər Hüseyn deyib ki, Abdullayevlə görüşə bilmək üçün mayın 21-də bir daha MCQMİ-yə gedəcək. Vəkil həmçinin hüquqlarını müdaifə etdiyi Yavər Milkayılovun da harada saxlanılması barədə məlumata malik deyil.

AMDP-i partiya fəallarının həbsini hakimiyyətin repressiya aparatının partiyaya qarşı işə salınması kimi dəyərləndirib.

"İlyas Abdullayevlə yanaşı, partiyanın Sumqayıt, Qaradağ, Şəki rayon təşkilatlarının üzvləri də müxtəlif vaxtlarda polis orqanları tərəfindən saxlanılıb. Bu təqib və saxlanmalar partiyanın son dövr artan fəallığının nəticəsidir".

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib ki, mayın 19-dan etibarən Azərbaycan Xalq Hərəkatına daxil olan partiyaların üzvlərinin saxlanılmasına başlanılıb.

"İndiyə kimi hərəkatın 20-yə yaxın üzvü saxlanılıb, onlardan sərbəst buraxılanlar da var. Hazırda saxlanılan 10 nəfərdən 6-sı bizim partiyanın üzvləridir. Onlardan biri də Yavər Mikayılovdur. Ailəsindən bizə deyilənə görə, Bakı Şəhər Baş Pois İdarəsində saxlanılır. Amma heç cür görüşə icazə verilmir. Polisin insanları 48 saat saxlamaq hüququ var. Biz hesab edirik ki, bəlkə də Mikayılova hansı adla isə inzibati cəza verilib. Amma Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında da bu barədə məıumat vermirlər", deyə GAP sədri qeyd edib.

Deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Turan İA

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo