15:37, 13 Sentyabr 2019 (Cümə) 60

Azərbaycana girmək istəyən neçə nəfərə məhdudiyyət qoyulub?

Azərbaycana girmək istəyən neçə nəfərə məhdudiyyət qoyulub?
Dövlət Miqrasiya Xidməti 2019-cu ilin avqust ayının hesabatını verib. 

Rəsmi məlumata görə, ay ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 81 min 861 müraciət qeydə alınıb.

Ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətinin uzadılması yönündə 6762 müraciətin rəsmiləşdiyi vurğulanır.

Hesabata əsasən, avqust ayında qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət müəyyənləşdirən 1788 qərar qəbul edilib. 799 qərarda ölkə ərazisinə girişə məhdudiyyət nəzərdə tutulub.
 
Mənbə: Novator.az