12:05, 27 Sentyabr 2019 (Cümə) 286

Azərbaycana nə qədər investisiya qoyulub?

Azərbaycana nə qədər investisiya qoyulub?
"Ötən illər ərzində Azərbaycana qoyulan investisiyaların həcmi 260 milyard dolları keçib."

Trend İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri  İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyi yanıbda Sahibkarlığın İnkişafı Fondu ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasındakı "Ağıllı körpü” birgə treninq layihəsinin başa çatmasına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, son 8 ay ərzində qeyri-neft sektoru əhəmiyyətli artım nümayiş etdirib və bu, neft hasil edən ölkədə iqtisadiyyatın inkişafının vacib göstəricisidir:

"İnnovativ sahibkarlığın inkişafı bütün dünyada, o cümlədən də Azərbaycanda aktualdır. Ona görə də qlobal iqtisadiyyatda geniş yayılan innovativ sahibkarlıq Azərbaycanda iqtisadi islahatların vacib istiqamətlərindəndir” - nazir müavini bildirib.