16:12, 15 Oktyabr 2020 (Cümə axşamı) 47

Azərbaycanda 530 nəfər koronavirusa yoluxub

Azərbaycanda 530 nəfər koronavirusa yoluxub
Oktyabırın 15-də Azərbaycanda 530 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb.  
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, müalicə olunanlardan 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 
39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 990 nəfərdir. 
 
İndiyə qədər 43 min 280 nəfər  koronavirusa yoluxub. 
 
Bu gün 8 054 , ümumilikdə isə 1 milyon 201 min 924 test aparılıb.
 
TƏBİB: karantin rejminin şərtlərinə yenidən baxıla bilər

"Bir neçə həftə əvvəl koronavirusa yoluxma ilə bağlı vəziyyət bizim xeyrimizə idisə, son günlərdə bu istiqamət dəyişib. Görürük ki, günlük yoluxma  mənfi tendensiya üzrə inkişaf edir”. 
 
Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
 
"Artıq bütün dünya ölkələrində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının artdığını görə bilirik. Bir gün ərzində bu qədər əlavə yoluxmanın olması ciddi rəqəmdir. Yoluxma bu şəkildə gedərsə, biz təkrarı yaşaya bilərik”. 
 
Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması, payız mövsümünün gəlişi, insanların qaydalara ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub.
O, həmçinin yoluxma sayının artmasını fikirlərin ön cəbhəyə yönəlməsi ilə əlaqələndirib. Bununla insanlar maska taxmaq, sosial məsafənin qorunması anlayışını unudurlar.
 
İnfeksionist vurğulayıb ki, xəstəliyə yoluxma sayı artarsa, yaxın gələcək üçün qazana biləcəyimiz hərbi uğura mənfi təsir göstərə bilər.  
 
"Əgər daxildə koronavirusa yoluxmanın qarşısını ala bilməsək, bu, daha da  geniş arealda yayılacaq. Virus ordu sıralarına qədər yayıla bilər. Təbii ki, o zaman xəstəliyin qarşısını almaq çox çətin olacaq”.
 
O bildirib ki, artım davam edəcəyi təqdirdə karantin rejminin şərtlərinə yenidən baxıla bilər.
 
Bu gün Azərbaycanda yenidən koranavirusa yoluxmada ciddi artım müşahidə olunub. Belə ki, 530 virusa yoluxub, 3 nəfər isə xəstəlikdən həyatını itirib.