İqtisadiyyat

Azərbaycanda 700-dən çox İran şirkəti qeydiyyatdan keçib

26 Dekabr, 2018
1271
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub.

Bu barədə İqtisadiyyat Nazirliyi dekabrın 26-da məlumat yayıb.

Məlumata görə, onlar İran nümayəndə heyəti ilə birgə Astara yükaşırma terminalının tikintisinin gedişi ilə tanış olub, Astaraçay çayı üzərində yeni körpünün inşa olunacağı əraziyə baxış keçiriblər.

Astara yükaşırma terminalı 35 hektar sahədə yerləşir və tikinti işləri iki mərhələ üzrə həyata keçirilir.

"Artıq birinci mərhələ üzrə Astaraçayla Kəmərbəndi körpüsü arasında 1400 metrlik dəmir yolunun, Bağçasaray körpüsünün, eləcə də Kəmərbəndi körpüsünün Ərdəbil və Rəşt istiqamətində 1440 metr uzunluğunda avtomobil yolunun tikintisi tamamlanaraq istifadəyə verilib”, - nazirliyin məlumatında vurğulanır.

Tikinti-quraşdırma işlərinin 2020-ci ilin 1-ci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulur.

Sonra Azərbaycan və İran nümayəndə heyətləri Astaraçay çayı üzərində yeni körpünün tikiləcəyi əraziyə baxış keçiriblər. Körpünün uzunluğu 100 metr, eni 18 metrə yaxın olmalıdır.

İqtisadiyyat naziri Ş.Mustafayev İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşüb.

Azərbaycan-İran əlaqələrindən danışan Ş.Mustafayev son illərdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.

"Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 73 faiz artıb.”, - deyə o qeyd edib.

Görüşdə iqtisadi-ticarət əlaqələrinə, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair müzakirələr aparılıb.

Astaraçay Azərbaycan və İran sərhədində yerləşir.

Astara terminalı İranın Astara şəhərində 35 hektar ərazidə yerləşir. O, Azərbaycan-İran sərhədindən 1.4 km aralıdadır. Azərbaycan və İran arasında razılaşmaya əsasən, 2017-ci ildə terminalın inşasına start verilib. Bundan əvvəl bildirildiyinə görə, tikintisini «Azərbaycan Dəmir Yolları» QSC-nin apardığı Astara terminalı 25 il müddətinə Azərbaycana icarəyə verilib.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.

2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub.

Bu dəhlizin Azərbaycan ərazisində olan hissəsinin bu ilin avqustunda istismara hazır olduğu açıqlanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo