16:49, 07 Noyabr 2018 (Çərşənbə) 126

“Azərbaycanda ana südü mətbəxləri yaradılmalıdır” - Ombudsman

“Azərbaycanda ana südü mətbəxləri yaradılmalıdır” - Ombudsman
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib.

"Report” xəbər verir ki, o, bu təklifi Milli Məclisdə büdcə müzakirələrində çıxışı zamanı irəli sürüb.

E.Süleymanova qeyd edib ki, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır: "Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”.