15:06, 19 Noyabr 2020 (Cümə axşamı) 102

Azərbaycanda koronavirus: 2597 yoluxma, 23 ölüm

Azərbaycanda koronavirus: 2597 yoluxma, 23 ölüm
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2597 yeni yoluxma faktı qeydə alınıb, 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

Yeni qərara əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb. Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılıb. Həmçinin Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.