16:01, 16 Oktyabr 2020 (Cümə) 56

Azərbaycanda daha 509 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 509 nəfər koronavirusa yoluxdu
Koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Məlumatda bildirilir ki, bu gün COVID-19-dan 2 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkədə ümumilikdə  43 min 789 nəfərin koronavirus infeksiyasına yoluxub.

Onlardan 39 min 800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər isə ölüb. 

Aktiv xəstə sayı 3 368 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 209 min 802 test aparılıb. 

Bugünkü test sayı isə 7 878-dir.