17:47, 12 İyun 2019 (Çərşənbə) 120

Azərbaycanda dövlət satınalmaları ilə bağlı şikayətlərin sayı artıb

Azərbaycanda dövlət satınalmaları ilə bağlı şikayətlərin sayı artıb
2018-ci ildə Azərbaycanda dövlət müəssisələrinin və təşkilatlarının keçirdiyi satınalmalarla bağlı iddiaçılardan 136 şikayət daxil olub.

"Report.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bu, 2017-ci illə müqayisədə 94,3% və yaxud təxminən 2 dəfə çoxdur.

Şikayət halları "Dövlət sаtınаlmаlаrı hаqqındа” qanuna uyğun araşdırılıb, müsаbiqələrin оbyеktiv keçirilməsi, iddiaçılara ədalətli yanaşılması və ayrıseçkilik hallarında yol verilməməsi üçün satınalan təşkilatlara tövsiyələr verilib, eyni zamanda dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri malgöndərənlərə (podratçılara) izah edilib.