13:46, 19 Fevral 2019 (Çərşənbə axşamı) 368

Azərbaycanda ən çox işsiz Bakıdadır

Azərbaycanda ən çox işsiz Bakıdadır
Azərbaycan üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 19,9 min nəfər olub, onların 37,3%-ni qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumata görə, işsizlikdən sığorta ödənişinin orta məbləği 216,7 manat olub.

Bundan başqa, ölkə üzrə işsiz şəxslərin sayı 19 922 nəfərdir.

Məşğulluq xidməti orqanları tərəfindən işsiz statusu verilən şəxslərin bölgələr üzrə sayına gəlincə, paytaxt Bakı bu siyahıda birincidir. Belə ki, Bakıda işsiz statusu olan şəxslərin sayı 9273-dür.

Daha sonra Aran iqtisadi rayonu üzrə 3126, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1332, Abşeron iqtisadi rayonu üzrə 1700, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1155, Lənkəran iqtisadi rayonu üzrə isə 888 nəfər işsiz statusu olan şəxslərdir.