16:05, 12 İyul 2019 (Cümə) 47

Azərbaycanda hakim işdən çıxarılıb

Azərbaycanda hakim işdən çıxarılıb
Azərbaycanda 3 hakim vəzifəsindən azad edilib.

Bu barədə "Report.az" xəbər verib.

Xəbərə görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul edilib. 

Qərara əsasən, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasov və hakimi Kamil Rzayev, Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədov tutduğu vəzifədən azad olunaraq başqa işə keçiriliblər. 

Həmçinin qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib.