İqtisadiyyat

Azərbaycanda iki ölkəni təmin edəcək qədər pul kütləsi varmı?

5 Sentyabr, 2019
491
Manatın İran ərazisində azad dövriyyədə olması haqqında müzakirələr Azərbaycanda gündəm olub. İrana səfər edən vətəndaşların sözlərinə görə, manat İran ərazisində populyar pul saxlama valyutasıdır.

Məsələnin aktuallaşması özü ilə bərabər yeni suallar meydana çıxarıb. Jurnalist Xədicə İsmayıl da feysbuk üzərindən mövzu ilə bağlı başlatdığı müzakirədə bəzi suallara cavab axtarıb.

Bəs Azərbaycanda iki ölkəni təmin edəcək qədər pul kütləsi varmı? 

Pul axını Azərbaycanda inflyasiyanın qarşısını ala bilərmi?

Məsələ ilə bağlı müxtəlif ekspertlər fərqli yanaşmalarla mövzunu izah etməyə çalışıb.

İqtisadçı İlham Əzizovun sözlərinə görə, İranda manatın yığım kapitalına çevrilməsinə səbəb başqa valyutaların ora daxil ola bilməməsidir. 

Ekspert deyir ki, manat İran rialına nisbətdə sabit olduğundan təbii prosesdir, çünki ticarət əlaqəsi inkişafdadır.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu manatın İranda ikinci valyuta vahidi statusunda çıxış edə bilmədiyini deyib: "Sadəcə manatın İranda pul dövriyyəsinə daxil olması 2 səbəbdən mümkündür. Birincisi, bu ilin 6 aylıq göstəricisinə görə, xaricə səfər edənlərin 40 faizi və ya 1 milyon nəfəri İrana gedib, onlar manatın İrana daşıyıcıları ola bilər, çünki alış-veriş və tibb xərclərini ödəmək üçün bu valyutanı yerli valyutaya çevirmək mümkündür. Onun İranda alıcıları isə İrandan Azərbaycana turist kimi gələnlər və ticarət edənlərdir. Azərbaycanla sıx bağlı olan zəngin iranlılar üçün manat həmçinin Bakıda əmlak almaq üçün, eləcə də banklarda yığım vasitəsi də ola bilər. Onlar manatla qısa müddətli depozit edib, faiz gəlirlərindən və manatın sabitliyindən bəhrələnə bilərlər”.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul aylarında xarici ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının 37,8 faizi İrana gedib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,8 faiz artım deməkdir. 

Ekspert Toğrul Maşallıya görə, manatın heç belə funksiyası yoxdur ki, iki ölkəni təmin etsin: "Ümumiyyətlə, manat azad dövriyyədə olan valyuta deyil. Əlbəttə, əgər olsaydı, İran vətəndaşların marağı manatın dəyərini artırardı. Amma ümumən manatın nə belə funksiyası var, nə də Azərbaycanın bunda marağı”.

"Məsələ ondadır ki, İranda hər bir valyutaya maraq yüksəkdir. Dollar və avro almaq çətinliyi onlara məcbur edir ki, digər valyutalardan istifadə etsinlər. Qonşular arasında nisbətən ən sabit valyuta da manatdır. Ona görə manata maraq nisbətən daha yüksəkdir”, - deyə ekspert bildirib.

Digər bir iqtisadçı Samir Əliyev isə qeyd edir ki, pul kütləsi hazırda devalvasiyadan əvvəlki dövrdən də azdır: "Mərkəzi Bankda çap olunmuş köhnə pullar durur hələ. Məsələ pul kütləsinin həcmində deyil. Manat sərbəst dönərli valyuta deyil. Neftin qiymətinə bağlıdır. İran faktoru məzənnəyə təsir etsə belə qarşısı alına bilər. İnflyasiyanın qarşısı belə alına bilər ki, İranda dollar bahalaşdıqca, manat da bahalaşır və deməli, ordan idxal olunan mallar ucuzlaşır. İran sərhədi bağlasa, manata ciddi təsir edə bilməyəcək. Amma idxal olunan bəzi məhsulların (məsələn, kartof) qiymətinin artımına (inflyasiya təzyiqi) rəvac verə bilər”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan vətəndaşları əsasən müalicə turizmi, dini turizm, istirahət və əyləncə turizmi, işgüzar turizm, qohumların və dostların ziyarəti kimi səbəblərə görə İrana gedir. İranla sərhəd zonasında yaşayan əhalinin səfərinin əsas məqsədi isə ticarətdir.

Uğur Fərzəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo