12:46, 28 Noyabr 2018 (Çərşənbə) 537

Azərbaycanda ikinci əl avtomobillərin qiyməti bahalaşır

Azərbaycanda ikinci əl avtomobillərin qiyməti bahalaşır
Avtomobil satıcılarının Fins.az-a verdiyi məlumata görə, son 10 gündə avtomobil satışlarında canlanma yaranıb. İkinci əl avtmobillərə tələbatın artması isə qiymətləri xeyli artırıb.

"2 ay sata bilmədiyim bahalı maşınları 2 günə satdım”.

Avtomobil satıcısı Ramin Quliyev fins.az-a bildirib ki, mart ayında bir həftədə cəmi 1-2 avtomobil satmaq mümkün idisə, hazırda 4-5 avtmobil satmaq olur: "24 və 35 min dollara iki avtomobilim var idi. Neçə ay idi ki, sata bilmirdim. İki gündə hər ikisini satdım”. 
Onun sözlərinə görə, hazırda bazarda 12-18 min manat avtomobillərin satışı ilə bağlı heç bir problem yoxdur. Bu avtomobillər dərhal alınır. Hətta bəzi hallarda alverçilər bu qiymətə olan avtomobil tapa bilmirlər.
 
İkinci əl avtomobillər 10-15 % bahalaşdı

Satışlarda yaranan canlanma, daha çox tələbat olan avtomobilin bahalaşmasına səbəb olub. Belə ki, ikinci əl avtomobil bazarında qiymətlər 10-15 %-ə artıb. Bahalaşma avtomobillərin bazar qiymətindən aslı 200 manatdan 10 min manata kimi dəyişir.