16:30, 14 Oktyabr 2020 (Çərşənbə) 50

Azərbaycanda koronavirus: 369 yeni yoluxma

Azərbaycanda koronavirus: 369 yeni yoluxma
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, daha 102 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Bildirilib ki, ötən müddət ərzində 1 milyon 193 min 870 test aparılıb. 

Bugünkü test sayı isə 6734-dür.

Hazırkı dövrədək ölkədə 42 min 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 

Onlardan 39 min 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib. Aktiv xəstə sayı 2564 nəfərdir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.  

2020-ci ilin martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.