15:54, 23 Oktyabr 2020 (Cümə) 92

Azərbaycanda koronavirusa 803 yeni yoluxma

Azərbaycanda koronavirusa 803  yeni yoluxma
Azərbaycanda bu gün koronavirusa 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata əsasən, son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.
 
Hazırkı dövrədək ölkədə 48 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
 
"Onlardan 40 min 831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib. Aktiv xəstə sayı 6734 nəfərdir", - məlumatda deyilir.

Ötən müddət ərzində 1milyon 270 min 144 test aparılıb: "Bugünkü test sayı isə 9951-dir".