Siyasət

Azərbaycanda koronavirusa qarşı hansı tədbirlər görülür?

25 Fevral, 2020
858
"Bu gün Azərbaycanda koronavirusa yoluxan insan yoxdur. Səhiyyə Nazirliyi bu kimi hallardan qorunmaq üçün hər zaman qabaqlayıcı tədbirləri yüksək səviyyədə görür. Hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. Buna tam əmin ola bilərsiniz”.

Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev "Report”a açıqlamasında belə deyib.

"Allah o virusu bizdən kənar eləsin”
 
İbadulla Ağayev Azərbaycanda koronavirus epidemiyasının olduğunu iddia edənləri insaflı olmağa çağırıb: "Bəziləri əllərində dəqiq məlumat olmadığı halda, yalan informasiyalarla camaatı qorxudub xofa salırlar. Əmin ola bilərsiniz ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bunu hamıdan əvvəl nazirliyin rəsmisi kimi özüm xəbər verəcəm. Allah o virusu bizdən kənar eləsin”.

Baş epidemioloq qeyd edib ki, koronavirusa görə qabaqlayıcı tədbirlər çərçivəsində ayrılan xəstəxanalarda şübhəli şəxs qismində heç kim saxlanılmır: "Onlar sadəcə respirator qrip virusuna görə müraciət edənlərdir. Həmin xəstəxanalarda müalicə olunanlara koronavirus diaqnozunu kim qoyub?! Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik. Biz xalqımızın düşməni deyilik ki?!”

Təşvişə səbəb

İran İslam Respublikasında koronavirusa yoluxanların sayını artması Azərbaycanda da təşviş yaradıb. "Reuters” İranın Səhiyyə Nazirliyinə istinadən yazıb ki, virusa yoluxanlar 95 nəfərdir, 15 nəfər isə həyatını itirib. Dünya mediasının yaydığı xəbərlərdə İranın səhiyyə nazirinin müavini İrəç Hərirçinin özündə də koronavirus infeksiyasının (COVID-19) aşkar edildiyi bildirilib.

Küveyt və Bəhreyn İrana səyahə edən vətəndaşlarının arasında koronavirusa yoluxma hadisəsi qeydə alındığını deyib. Bu məqsədlə həmin ölkələr, eləcə də Türkiyə İrana qapılarını qapadıb. Azərbaycan da İranla əlaqələrini məhdudlaşdırıb. 

Rəsmi qurumlar buraxılış məntəqələrinə səfər ediblər

Fevralın 24-də Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssisləri İranla sərhəd məntəqələrində olublar. Bu barədə məlumatı Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidməti yayıb. 

Məlumatda bildirilib ki, səfərin çərçivəsində son vaxtlar İran İslam Respublikasında müşahidə olunan "koronavirus” epidemiyasına qarşı dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib.

Həm də qeyd olunub ki, bugünədək xəstəliyə yoluxma ilə bağlı şübhə­lərin olmaması nəzərə alınmaqla gələcəkdə ehtimal olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılmış, dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

DSX rəisi Elçin Quliyev jurnalistlərə açıqlamasında təhlükəsizlik tədbirlərinin davam etdirildiyini söyləyib.

"Panikaya ehtiyac yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır", - Elçin Quliyev belə deyib.

"Panikaya düşməyin”

Azərbaycanda koronavirusla bağlı yaşanan panika apteklərdə spirt və maskaların qiymətinin artmasına səbəb olub. Vətəndaşların sözlərinə görə, indiyədək 15 qəpiyə satılan maskalar indi 70 qəpik olub.
 
Apteklərdən Toplum Tv-yə qiymət artımının səbəbini izah etməyiblər. Yalnız onu deyiblər ki, lazım olan ləvazimatların qıtlığı yaranıb.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə koronavirusla bağlı vətəndaşlara müraciət edib: "İran Azərbaycanla sərhəd olduğundan çox sayda insan gediş-gəliş edir. Ona görə də tövsiyə edərdim ki, həyati vacib məsələ olmadığı təqdirdə İrana gedilməsin. Əgər gediləsi olsa belə vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi fikir verməlidirlər”.

C.İsayev "Report”a bildirib ki, virusdan qorunmaq üçün əllər müntəzəm şəkildə yuyulmalı, düzgün və sağlam qidalanmaya üstünlük verilməli, koronavirus epidemiyası yayılan ərazilərdə olarkən xəstə şəxslərdən kənar durulmalı, qoruyucu maskalardan istifadə edilməlidir: "Xüsusilə də koronavirusun qeydə alındığı İranın Qum şəhərinə gedilməsin. İrana gedib qayıdan insan özündə hər hansı şübhəli hal aşkar edərsə, həkimin onu müayinə etməsini gözləmədən özü də birbaşa xəstəxanaya müraciət etməlidir”.

Baş infeksionist də qeyd edib ki, Azərbaycanda bugünədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb: "Çindəki hadisələrlə bağlı Azərbaycan onsuzda qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirdi. İranda qeydə alınan faktlar ölkəmizdə müvafiq qurumların daha ayıq-sayıq olmasını zəruri edir. Çünki sərhəd ölkədir və gediş-gəliş çoxdur. Artıq sərhəd-keçid məntəqələri bağlanıb. Güman etmirəm ki, İrandan Azərbaycana virusun keçməsi baş versin, amma yenə də ehtiyatlı olmaq mütləqdir”.

Baş infeksionist vətəndaşları qoruyucu maskalardan istifadə etməyə çağırıb: "Respirator sindromu olanlar mütləq maska taxmalıdırlar. Çünki onların xəstəlik yayma ehtimalı daha yüksəkdir. Yaxşı olar ki, xəstə insanlar ya ev, ya da ağır olacağı təqdirdə xəstəxana şəraitində müalicə alsınlar. Hər respirator virus infeksiyası əlaməti olan şəxslərə koronavirusa yoluxub demək olmaz. Respirator xəstəliklər mövsümüdür. Çünki hər iki xəstəliyinin qoruyucu tədbirləri eynidir. Yazın gəlişi bu virusun səngiməsinə səbəb olacaq. Çünki virusların yüksək temperatura dözümü yoxdur. Koronavirus müsbət 37 dərəcə temperaturda 10-15 dəqiqəyə, otaq temperaturunda isə 2-3 günə tələf olur”.

O əlavə edib ki, yaşlı insanlar daha daha diqqətli olmalıdır: "Həmin şəxslərdə istənilən respirator infeksiyası ağır formada keçir. Çünki yaşlı insanların həyat boyu qazandıqları müəyyən xroniki xəstəliklər orqanizmlərinin immun sistemini zəiflətmiş olur. Çində koronavirusdan həlak olanların 80%-i məhz yaşlı insanlar olub”.

ÜST mediada yazılanları yalanlayıb

Mediada virusun ölkəyə gəlməsi ilə bağlı xəbərləri Ümumdünya Səhiyyə Təşkilatı yalanlayıb: "Azərbaycanda virusa yoluxma halı yoxdur”.

İnfeksion xəstəliklər üzrə ekspert Vasif Əliyev Toplum Tv-yə deyib ki, başlıca addım virusa görə sərhəd keçid məntəqələrində yoxlama aparılması olmalıdır. Yalnız diaqanoz qoyulandan sonra karantinə alınmadan söhbət gedə bilər. Ekspert bildirir ki, məişət həyatımızda gigyenik qaydalara riayət etməklə virusa yoluxma riskini aşağı endirə bilərik. Məsələn, gün ərzində otağı havalandırmaq, əlləri tez-tez yumaq, sipirtdən istifadə etməklə. Virus açıq havada dözümsüz olduğundan havanı tez-tez dəyişməli, qapalı yerlərdə- xüsusən, oyun məkanlarından uzaq gəzmək tövsiyə olunandır.

"Yox, əgər qızdırma yüksəkdir və enmirsə, gözləmək lazım deyil, həkimə mütləq görünmək lazımdır”,- deyə həkim bildirib.

Koronavirusun iqtisadi təsiri

İqtisadçı Toğrul Maşallı hesab edir ki, İranda yayılan  koronavirus Azərbaycanla bağlı ticarət münasibətlərinə ciddi təsir etməyəcək.

Bu barədə öz feysbuk hesabında yazan iqtisadçı deyib ki, 2020-ci ilin yanvarında 24 milyon dollarlıq məhsul idxal edilib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.
2019-cu ilin yanvarında Azərbaycan İrandan 78,3 milyon dollarlıq məhsul idxal edib. Eyni ilin fevralında 103,2 milyon dollar, martda isə 38,1 milyon dollar: "Başqa tərəfdən, keçən ilin ilk 3 ayında İrandan idxal etdiyimiz əsas kənd təsərrüfatı məhsullarına kartof, lobya, badımcan, xiyar, xurma, portağal, kivi, qurudulmuş üzüm və qabıqlı şirin bibər aiddir. Novruz bayramına (fikrimcə martda badımcansız yaşamaq mümkündür) aid digər məhsullar üzrə daxili istehsal demək olar ki, yerli bazarı tam təmin edir və İrandan idxala heç ehtiyac da qalmır. Qiymət artımı baş verdiyi halda tamamilə spekulyativ olacaq”.

İqtisadçı Qubad İbadoğlu isə hesab edir ki, İranda yayılan koronavirius Azərbaycan-İran iqtisadi münasibətlərinə neqativ təsir edəcək.

Qubad İbadoğlu bildirib ki, virus ölkəyə əsasən, turizm, ticarət, investisiya, nəqliyyat, büdcə istiqamətlərdə Azərbaycan iqtisadiyyatına mənfi təsirləri gözlənilir.

"Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 8,1 faizi və ya 257 min nəfəri İran vətəndaşları olub.

Ötən il ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5567,7 min nəfər olub ki, onun da 36,7 faizi və ya 2043 min nəfəri İrana səfər edib. Bu, o deməkdir ki, hər ay orta hesabla İrandan Azərbaycana 21417 nəfər gəlir, Azərbaycandan İrana isə 170 min 250 nəfər səfər edir. Sərhərdlərin bağlanması İrandan Azərbaycana xüsusilə də Novruz bayramı ərəfəsində gələcək tuirstlərin sayını kəskin azaldacaq. Eyni zamanda Azərbaycandan İrana müalicə götürmək, alış-veriş etmək, iş qurmaq məqsədilə səfər edənlərin sayına ciddi surətdə azaldıcı təsir göstərəcək. Bununla yanaşı, ərəb ölkələrindən, Şimaldan və Qərbdən Azərbaycana gələn turistlərin bir qismi İrana görə səfərlərini təxirə salacaqlar. Bütün bunların nəticəsində Azərbayanda otelçilik və restoran, turizmə xirdmət, səyahət agentliyi, hava nəqliyyatı sahəsində biznes imkanları pisləşəcək”.

İqtisadçı qeyd edir ki, ötən il İrandan Azərbaycana 452 701 min dollarlıq mal idxal olunub. Azərbaycanın İrana ixracatı isə 41 130 min dollar təşkil edib. İrandan Azərbaycana həmçinin kənd təsərrüfatı məhsulları, ərzaq və gündəlik tələbat malları gətirilir: "Belə olan halda yaxın zamanlarda İran mənşəli malların qiymətində bahalaşma müşahidə olunacaq”.

Q.İbadoğlunun sözlərinə görə, ötən ilə qədər Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib: " İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. Hazırkı situasiya investisiya əməkdaşlığını mənfi yöndə təsirləndirəcək”.

İqtisadçı deyir ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yüklər İrana və əksinə Rusiyaya daşınır və yükdaşınmalarında fasiələri Azərbaycanın tranzitdən əldə edəcəyi qazanclarını azaldacaq.

"Azərbaycanla İran arasında ticari, investisiya, turizm və nəqliyyat əlaqələrinin pisləşməsi bu sektorlardan dövlət büdcəsinə daxilolmalara da təsir göstərəcək. Xüsusilə də qeyri-neft sektorundan büdcəyə vergi və gömrük ödənişlərinin məbləği aşağı düşəcək. Bütün bu deyilənləri 4-cü istisna olmaqla, Azərbaycanın Çinlə iqtisadi münasibətlərinə də şamil etmək olar. Bu halda Azərbaycan-Çin və Azərbaycan-İran iqtisadi münasibətlərinin, insanlar arasında ünsiyyət əlaqələrinin pisləşməsi ölkədə ciddi şəkildə satışların və alışların həcminə və qiymətinə, eləcə də büdcə daxilolmalarına neqativ təsir edəcək”, – deyə Qubad İbadoğlu bildirib. 

Elmar Əziz
Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo