Sosial

Azərbaycanda niyə internetin qiyməti baha və sürəti zəifdir?

5 Sentyabr, 2019
2217
"Azərbaycanda internetin qiyməti qonşu ölkələrdən dəfələrlə bahadır”.

Bu sözləri Osman Gündüz Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı məsələni şərh edərkən deyib.

Sentyabr ayının əvvəlindən ölkədə internetin sürətinin zəif olması ilə bağlı şikayətlər çoxalıb. Belə ki, bir neçə gün ərzində Azərbaycan mediasında "Ölkədə internetin sürəti zəifləyib? başlığı altında yazılar dərc olunub.

Bəs səbəb nədir?

Toplum Tv Azərbaycanla MDB ölkələrində qiymət fərqini müqayisə edib və internetin niyə zəif olmasını araşdırıb.

Məsələn, Azərbaycanda "Baktelecom” şirkəti 18 manata sürəti 20 mb/s olan internet təklif edir. Eyni sürətdə interneti Ukraynada "Ukratelecom” şirkəti 6 manata təklif edir. Eyni şirkətlər 100 mb/s interneti Azərbaycanda 80 manata, Ukraynada isə 8 manata təklif olunur. Başqa bir misal, 30 manata  Qazaxısatanda 200 mb/s, Gürcüstanda 50 mb/s təklif olunduğu halda, Azərbaycanda 6 mb/s təklif olunur. Rusiyada "Rostelekom” tərəfindən 15 - 20 manata 150 – 500 mb/s internet təklif olunduğu halda Azərbaycanda "Aztelekom” şirkəti 30 manata 5 mb/s təklif edir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz vəziyyəti belə izah edir ki, internet bazarının 65 faizinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tabeliyində olan qurumlar nəzarət edir. Bunlar "Baktelecom”, "Aztelekom”, "Azeurotel” , "AzDataCom” və "Azercell”dir. Ekspert əlavə edir ki, bu qurumların satdığı internet kifayət qədər bahadır: "NRYTN haqsız rəqabət aparır. Özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər. NRYTN tabeliyində olan dövlət provaydreləri isə bu resurslardan sərbəst istifadə edirlər”.

Antiinhisar Dövlət Xidməti (ADX) artıq NRYTN barəsində qərar qəbul edib. ADX daxil olan şikayətləri araşdırıb və "Haqsız rəqabət haqqında” qanunun, "Telekommunikasiya haqqında” qanunun, antiinhisar qanunvericiliyin tələblərini əsas tutaraq NRYTN üçün icrası məcburi olan qərar qəbul edib.

Ekspert deyir ki, özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyndə olan dövlət provayderləri mane olur: "İnternet bazarın 65 faizinə nəzarət edən dövlət provayderləri "DeltaTelecom”-un 70 faiz qiymət endirimini boykot etdilər. Müşahidələr və monitorinqlər göstərir ki provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar”. 

Ekspert belə halların qarşısını almaq üçün nə etməli olduğunu da sadalayıb: "İlk olaraq qiyməti bazar müəyyən etmədiyinə görə NRYTN dövlət provayderlərinə göstəriş verməlidir ki, qiymətlər 3-4 dəfə endirilsin. Bundan sonra özəllər bazara uyğun olaraq qiyməti endirəcəklər. NRYTN-nin haqsız rəqabətinə son qoyulmalıdır, Antiinhisar dövlət qurumunun qərarı da icra olunmalıdır”. 

Osman Gündüz deyir ki, magistral (backbone) provayderlər topdansatış qiymətləri endirməlidirilər və İSP-lərə ictimai nəzarət imkanları yaratmalıdır.

İSP (Internet Service Provider) hüquqi və fiziki şəxslərə internet xidmətlərindən istifadə etmək imkanı verən qurumdur. İSP-yə anlaşıqlı dildə modem ortaqlığı da deyilir.

Əlavə olaraq qeyd edib ki, hökumət sektorda rəqabətli mühitin formalaşması üçün Strateji Yol Xəritəsində nəzərdə tutulanları tezliklə həyata keçirməlidir: "Regionlarda sürətli internetin inkişafı üçün xüsusi dövlət proqramı hazırlanmalıdır. Müqavilədə göstərilən sürəti verməməyə görə, "çəkidə aldatma" ilə bağlı sərt tədbirlər görülməlidir”.

Uğur Fərzəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo