12:45, 11 Oktyabr 2019 (Cümə) 609

Azərbaycanda notariusların sayı artırılacaq

Azərbaycanda notariusların sayı artırılacaq
"Gələcəkdə notariusların sayının artırılması planlaşdırılır".

Bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanov deyib.

O deyib ki, ölkə ərazisində yeni "ASAN Xidmət”lərin açılması ilə əlaqədar əlavə notariusların açılmasına da ehtiyac yaranacaq: "Qanunvericiliyə əsasən, həmin "ASAN Xidmət”lərdə notariuslar da fəaliyyət göstərir. Hazırda ölkədə 156 notarius var”.