17:45, 21 Noyabr 2019 (Cümə axşamı) 76

Azərbaycanda Ombudsman dəyişir

Azərbaycanda Ombudsman dəyişir
Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.

Prezident İlham Əliyev Ombudsman vəzifəsində 3 nəfərin namizədliyini irəli sürüb.

Namizədlər Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.  
 
Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. MM-in plenar iclası isə noyabrın 25-də keçiriləcək. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.