13:20, 28 Noyabr 2018 (Çərşənbə) 782

Azərbaycanda pambıq yığımı artıb

Azərbaycanda pambıq yığımı artıb
Azərbaycanda pambıq yığımı 13% artıb

"Bu il ötən ilə nisbətən 13,1% çox pambıq tədarük edilib". Bunu Kənd Təsərrüfatı Nazirliyindən "Report”a bildiriblər.

"Noyabrın 27-nə olan məlumata görə, pambıq qəbulu məntəqələrinə 216,403 min ton məhsul təhvil verilib. Ölkə üzrə pambıq tədarükündə Saatlı (28,391 ton), Bərdə (23,571 ton), Ağcabədi (21,952 ton), Biləsuvar (20,563 ton) və Beyləqan (20,285 ton) rayonları irəlidədir". 

Dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerlərə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, bu ilin məhsulu üçün 1-ci növün qiyməti 600 manatdan 650 manata, 2-ci növün qiyməti 580 manatdan 630 manata, 3-cü növün qiyməti isə 540 manatdan 590 manata, 4-cü növün qiyməti isə 500 manatdan 550 manata qədər artırılıb. 

Gələn il Azərbaycanda pambıq əkini sahələri bu ilə nisbətən az olacaq.