23:41, 05 Sentyabr 2019 (Cümə axşamı) 156

Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb
Sentyabrın 5-də qızılın qiyməti sentyabrın 4-ü ilə müqayisədə 4,2755 manat artaraq 1 unsiya üçün 2626,279 manat təşkil edib.

Xəbəri Trend yayıb.

Gümüş 0,0001 manat bahalaşaraq 1 unsiya üçün 33,0064 manata bərabər olub.
Platinin qiyməti 43,35 manat artaraq 1680,688 manat, palladiumun qiyməti 21,5135 manat artaraq 2649,6455 manat təşkil edib.

Troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.