Sosial

“Azərbaycanda rəqəmsallaşma nə yerdədir?” - Ekspertlərdən açıqlama

8 Aprel, 2020
1177
Karantin günlərində insanlar evə qapandığından, iş prosesinin onlayn aparılması internetin istifadəsində artım yaradıb.

Xüsusi karantin rejimi, eləcə də rəqəmsal hökumət quruculuğunda, e-xidmətlərin keyfiyyətində ciddi problemlərin olduğunu aşkara çıxardıb. 

Bu proses ümumilikdə dünyada baş verdiyindən insanlar internetin sürətindən şikayət edirlər. Hətta bəzi kommersiya, ictimai, eləcə də əyləncə saytları internetin sürətində baş verən kəsilmələri nəzərə alıb fəaliyyətini aramla icra edirlər.

Məlum oldu ki, bir sıra e-xidmətlərin keyfiyyəti ümumiyyətlə hədsiz aşağıdır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, həkimlər koronavirusla vuruşduğu kimi, e-gov sektoru da qısa zaman kəsiyində hansısa internet texnologiyası hazırlamaq, yaxud bu dar macalda köhnəni yamayıb, yeni resurslar əlavə etmək, ciddi audit olmadan dayanaqlığı təmin etmək üçün sanki vuruşur. 
 
 

"Təsəvvür edin ki, bir neçə günə nəhəng bir ictimai resurs hazırlanır. Bu, əslində görünməmiş bir haldır. Adətən, bu tip resurslara uzun zaman sərf olunmalıdır.

Onun sözlərinə görə, bu ilk baxışda fədakarlıq kimi görünsə də, zamanında kimlərinsə məsuliyyətinin yetərli olmadığının göstəricisidir: "Böyük vəsait hesabına başa gələn ictimai resurslar davam gətirmədi. Zamanında Prezident fərmanına uyğun inteqrasiyalar olmalıydı, kordinasiya olmalıydı, e-xidmətlər testdən keçirilib , istənilən situasiyaya hazırlanmalıydı”.

O, həmçinin rəqəmsal savadlılığın artırılması üçün hökumətin proqramlar qəbul etməsinin zəruri olduğunu bildirib: "Hazırki vəziyyət vətəndaşların adi e-xidmətlərdən istifadəsində, adi SMS xidmətlərdən istifadədə ciddi problemlərin olduğunu üzə çıxırdı. Hökumət bu platforma üzərindən qarşıya qoyulan vəzifəni, dövlət və təhsil xidmətlərini vətəndaşa çatdırmaqda problemlə üzləşdi. Məlum oldu ki, Azərbaycanda internetin keyfiyyəti hədsiz aşağıdır. Hətta, dövlət başçısı da karantindən az öncə bu məsələyə diqqət çəkmişdi”.

 Azərbaycanda internet bazarın 65%-nə dövlət operatorları nəzarət edir. Telekommunikasiya infrastrukturu əsasən, dövlətə məxsusdur. Bu proses zəncirvari olduğundan istər iş mühitində, istərsə də təhsil sahəsində olan çatışmazlıqlar ortaya çıxdı. 

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəsisələrinin hamısında distant- məsafədən tədris baş tutmadı.

O.Gündüz təhsil sektorunda, xüsusilə, universitetlərdə rəqəmsallaşmada problemlərin daha qabarıq olduğunu bildirir: "Distant təhsil formasının, həmçinin, əyani və qiyabidə distant texnologiyaların tətbiqinin nə qədər zəruri olmağı bir daha təsdiqləndi. Bəzi universitetlər vəziyyətdən çıxmaq üçün varqüvvəsi ilə çalışdılar, yeni həllər təqdim olundu, imkanı olanlar distant texonlogiyalar tətbiq etdilər, bəzilərisə bunu edə bilmədi”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da bu məsələyə toxunaraq universitetlərin ən vacib göstərici üzrə tələbə cavab vermədikəri halda 2 dəfə akkreditasiyadan keçməsini sorğulayıb:  "2009-cu ildən etibarən ali təhsil müəssisələrində distant təhsili təmin edilməli idi. Maraqlıdır ki, universitetləri akkreditasiyadan keçirən şəxs və qurum niyə buna göz yumub? İndi isə 165 min tələbə tədrisdən kənarda qalıb”.
 
 

Osman Gündüz bu cür spontan, hüquqi təminatlar olmadan, hazırlıqsız addımlarla əyani və qiyabi təhsil formasının tələblərinə uyğun bilik və bacarıqları verməyin mümkün olmadığını deyir: "8 ildir ki, "Təhsilin rəqəmsallaşması" haqqında Dövlət Proqramı Maliyyə Nazirliyində ilişib qalıb. Kompleks yanaşma olmadan hansısa təhsil müəssisəsinin, hansısa səfirliyin dəstəyi ilə təhsilin rəqəmsallaşmasından danışmaq doğru olmazdı”.

O, uzun illər bu sektorun inkişafı üçün olan çağırışların az bir hissəsinin reallaşdığını bildirir.

”Biz bu sahədə xeyli ləngimişik. KOB-un rəqəmsal sahəyə inteqrasiyası, bu sahədə startapların inkişafı, güzəştlər və stimullaşdırma üçün hökumət daha çevik və nəticəsi olan addımlar atmalıdır”, - deyə o fikrini yekunlaşdırıb.

Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo