12:28, 18 Fevral 2019 (Bazar ertəsi) 268

Azərbaycanda siqaret bahalaşıb

Azərbaycanda siqaret bahalaşıb
Azərbaycanda satılan siqaretlərin qiyməti qalxıb. Bu artım satış nöqtələrində qeydə alınıb.

2 manata qədər olan siqaretlərin hər qutusunda 20 qəpik, 2 manatdan baha olan siqaretlərin qutusunda isə 30 qəpik artım olduğu bildirilir.

Hələlik, bahalaşma ilə bağlı rəsmi izahat olmayıb.

Bir sıra ekspertlər isə bu bahalaşmanı əsasən 2019-cu ildən başlayaraq tütün və tütün məmulatlarına qoyulan aksiz vergisinin artırılması ilə izah edirlər.

2019-cu ildən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılıb.

Azadlıq Radiosu