15:24, 10 Sentyabr 2019 (Çərşənbə axşamı) 209

Azərbaycanda sosial sahəyə nə qədər pul ayrılır?

Azərbaycanda sosial sahəyə nə qədər pul ayrılır?
Son günlərdən hökumət rəsmilərinin çıxışlarında tez-tez Azərbaycanda sosial sahə ilə bağlı fikirlər səslənir. Ən son deputat Siyavuş Novruzovun uşaqpulu ilə bağlı çıxışı Azərbaycanda diqqəti yenidən sosial sahəyə ayrılan pula çəkdi. 

Bəzi müxalifət üzvləri sosial sahəyə ayrılan pulun artırılması haqqında müzakirə apardığı vaxtda Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədəov çıxış edərək, Azərbaycanda əhalini ələbaxımlılığa öyrətməyin yanlış olduğunu dedi.

Bəs Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün nə qədər pul ayrılır?

Azərbaycanda sosial sahəyə ayrılan pulu iki post-sovet ölkəsi ilə müqaisə etdik.

Azərbaycanın 2019-cu il rəsmi rəqəmləmlərinə görə, əhalisi 10 milyondon çoxdur. Eyni il statistikasına görə, post-sovet ölkələrindən Türkmənistanın əhalisi isə 5,9 milyondur.

Azərbaycanın büdcəsi 25 milyard manatdır. Yəni indiki məzənnə ilə 1 dolların 1,7 manata bərabər olduğunu nəzərə alsaq, Azərbaycanın Ümumdaxili məhsulu 14,7 milyard dollardır. Türkmənistanın hazırkı büdcəsi isə 83,8 milyard manatdır. 1 dolların 3,5 türkmən manatına bərabər olduğunu nəzərə alsaq, onların büdcəsi 24 milyard dollardır.

Azərbaycanda büdcədən adambaşına düşən pul 1470 dollar,  Türkmənistanda isə bu göstərici 4137 dollardır.  Yəni Azərbaycandan 2,8 dəfə çoxdur.

Azərbaycanda sosial sahəyə ayrılan xərclər 5,8 milyard manatdır. Bu rəqəm büdcənin 23,2 faizini təşkil edir ki, bu, adambaşına 341 dollar deməkdir. 

Türkmənistanda sosial sahəyə ayrılan xərclər 65 milyard manat olmaqla büdcənin 75-80 faizini təşkil edir. Bu adam başına 1695 dollardır ki, bu rəqəm Azərbaycanda adam başına düşən miqdardan 5 dəfə çoxdur.

Eyni rəqəmləri qonşu ölkə, həmçinin MDB ölkələrindən olan Gürcüstanla müqayisə edək. Gürcüstan əhalisinin sayı 3,9 milyondur. Ümumdaxili məhsulları isə  17,4 milyard dollardır. Və orda adambaşına düşən gəlir 4,362 dollardır.  Yəni bu rəqəm Azərbaycandakından təqribi olaraq 3 dəfə çoxdur. Gürcüstan statistika komitəsinin verdiyi məlumata görə, 2019-cu ildə büdcədən 0,9 milyard dollar sosial sahəyə ayrılıb ki, bu hər adam üçün 4333 dollar deməkdir. Bu rəqəmdə Azərbaycandan sosial sahə üçün adambaşına düşən vəsaitdən 2,9 dəfə çoxdur. 

Uğur Fərzəli