21:33, 11 İyul 2019 (Cümə axşamı) 653

Azərbaycanda tam şəffaf seçki keçirilə bilərmi? - Onlar nə deyir?

Azərbaycanda bu ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək.

Beynəlxalq təşkilatların rəylərinə görə, son illər Azərbaycanda keçirilən seçkilərdə tam rəqabətlilik şəraiti və şəffaflıq təmin edilmir.

Elə ATƏT-in Seçki Müşahidə Missiyasının  ölkədə keçirilən son növbədənkənar prezident seçkisi ilə bağlı rəyində də eyni nəticə var.

Seçki hesabatında qutulara topa bülletenlərin atılması, bir nəfərin birdən çox yerdə səs verməsi halları əksini tapır. 

Hakimiyyət bunu beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartı, müxalifət isə şəffaf seçkilərin keçirilməsində iqtidarın maraqlı olmaması ilə əlaqələndirir.

Bəs Azərbaycanda tam şəffaf seçki keçirilə bilərmi?

Müxtəlif qruplardan olan şəxslərin və siyasi partiya rəhbərlərinin seçki ilə bağlı düşüncələrini öyrənməyə çalışdıq.

Görək onlar nə deyir?

-Kim?

+AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, REAL Partiyasının sədri İlqar Məmmədov, seçki məsələləri üzrə ekspert Hafiz Həsənov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və sadə vətəndaş.
 
Hazırladı:
Nərgiz Absalamova