Sosial

Azərbaycanda uşaq hüquqları qorunurmu?

3 İyun, 2020
2447
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü idi. Pandemiya təhlükəsinin hələ də pik həddə olduğuna baxmayaraq, hər il olduğu kimi Azərbaycanda bu il də uşaqlarını əyləncə yerlərinə, parklara aparan valideynlərə rast gəlmək olurdu.

Bunu sosial şəbəkələrdə paylaşılan video və fotolardan da görmək olur. Lakin bu dəfə də bir çoxlarının unutduğu və ya artıq görməyə alışdığı solfetka, gülsatan, diləndirilən, ağır fiziki işlərdə işləyən uşaqlar yada düşmədi, onların problemləri dilə gətrililmədi. Axı 1 iyun həm də himayədən məhrum olan uşaqların, hətta elə ən çox onların günü sayılır. 

Dünyada 400 milyon uşağın himayədən məhrum qaldığı çağda Azərbaycanda 2019-cu ilin hesabatına nəzərən 2622 min 18 yaşına çatmamış uşaq var və bunların 862-si uşaq evlərinə verilib. 

Bu say 2018 ci ildə 737 nəfər olub.

Sırf uşaq evinə verilən uşaqların sayı 1000 yaxınlaşan ölkədə küçədə diləndirilən və ya işlədilən uşaqların isə statistikası yoxdur. 

Bəs Azərbaycanda uşaq hüquqları ilə bağlı durum necədir, onların sosial himayəsi hansı səviyyədədir? 

Nail Cəlil: "Zərərli vərdişlər tədricən normaya çevrilir"
 

 
"Təqribən, 100 il bundan əvvəl bəlli idi ki, valideyn himayəsindən məhrum, kimsəsizlik şəraitində böyüyən uşaqlar çox vaxt kədərli olurlar və həmyaşıdları ilə müqayisədə daha tez vəfat edirlər. Bu səbəbdən uşaqlıq fenomeni, o cümlədən, kimsəsiz uşaqların həyat tərzi, onların şəxsiyyətinin formalaşması xüsusiyyətləri sosial tədqiqatlarda – həm sosiologiyada, həm də psixologiyada hər zaman aktual mövzulardan biridir”, - sosioloq Nail Cəlil Toplum.Tv-yə belə deyib.

O hesab edir ki, sosioloq himayədən və diqqətdən məhrum uşaqların gələcəkdə böyük problemlər yaşamasının qarşısını almaq üçün vaxtında təbir görülməlidir: "Kimsəsiz uşaqların bir qismi sosial təbəqələşməni, bir çoxlarının arzu etdikləri təhsili ala, firavan yaşaya bilməmələrini ağır keçirirlər. Digər qismi isə təhsilə səthi, qeyri-ciddi yanaşır, müxtəlif vasitələrlə təhsildən yayınır, ən yaxşı halda, "birtəhər diplom əldə etmək” barədə düşünürlər. Son zamanlar həddi-buluğa çatmayanlarda yarım il və ya bir il ərzində dəyərlər sistemi dəyişir. Əsas sosial dəyərlərin rədd edilməsi, müəyyən fənləri öyrənməkdən imtina, dərslərə davamiyyətin zəifləməsi deviant davranışın ilkin səbəbi hesab olunur. Mənəvi – psixoloji dəyişiklik yeniyetmələrdə və gənclərdə təhsildən yayınmada əks olunur. Bundan sonra onların davranışında zərərli vərdişlər tədricən normaya çevrilir və qanun pozuntuları, qaçışlar, narkoloji əlamətə görə xəstəliklər, ciddi sinir – psixi pozuntularla müşayiət olunur”. 

Kəmalə Ağazadə: "Sığınacaqların sayı çox olsaydı, daha çox və gözəl işlər görmək olardı”
 

 
Himayədən məhrum olan uşaqların içərisində, bəlkə də, az da olsa şanslı olanı uşaq evlərində, sığınacaqlarda böyüyən uşaqlardı.  

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirir ki, sığınacaqlar çox olarsa, ölkədə cinayətlərin qarşısı alına bilərdi: "Azərbaycanda qeyri-hökumət təşkilatlarının nəzdində 3 sığınacaq fəaliyyət göstərir. Biri sırf zorakılığa məruz qalmış uşaqların reablitasiyası istiqamətində işlər aparan Azərbaycan Uşaqlar Birliyinin sığınacağı, ikincisi qadınların sığınacağı, digəri isə Gəncədə yerləşən regional "Təmas" təskilatının sığınacağıdır ki, orda da zorlakılıq görmüş qadınlar və uşaqlar qalır. Dövlətin isə ayırdığı bir sığınacaq var ki, oraya yalnız insan alveri qurbanları yerləşdirilir. Düşünürəm ki, sığınacaqların sayı çox olsaydı, daha çox və gözəl işlər görmək olardı”.

Kəmalə Ağayeva zorakılıq hallarının çoxluğunun artmasının səbəbini təsadüfi münasibətlərdə və uşaqların alət kimi istifadə olunmasında görür: "Ailəni formalaşdırmaq lazımdır. Təsadüfi münasibətlərdən dünyaya gələn uşaqlar zorakılıq qurbanına çevrilir. Çünki həmin uşaq sevilməyən bir uşaq kimi dünyaya gəlir. Əksər hallarda uşaqlar qadınların əlində alət olur ki, bəlkə də, kişi bu uşağa görə məni sevər. Lakin qadın anlayanda ki uşağa görə də sevmir, o zaman onda uşağa qarşı da qıcıq yaranır. Ona görə də bu sahədə maarifləndirmə işi aparılmalıdır”.

Sübhan Həsənli: "Ölkədə dövlət xidmətlərinin sürətlə elektronlaşdırılmasına ciddi ehtiyac var"
 

 
Hüquqşünas Sübhan Həsənli  himayədən məhrum qalmış uşaqlarının hüquqi cəhətdən qorunduğunu qeyd edir: "Hazırda bu qəbildən olan şəxslərin hüquqları "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda öz əksini tapıb. Müsbət haldır ki, dövlət himayədən məhrum olan uşaqların təhsil haqlarını ödəyir (ali və orta ixtisas təhsil müəssisələrində). Bundan əlavə qanunun bu şəxslərin universitet dövründə ikiqat təqaüd alması, dərs ləvazimatları ilə təmin olunması, iş axtararkən üstünlük hüququna sahib olması, növbədənkənar mənzillə təmin edilməsi və digər bir çox hüquqları vardır”.

S.Həsənli hüquqların olmasına baxmayaraq praktikada çox böyük problemlərlə rastlaşdığını bildirir: "Təəssüf ki, hüquqi maarifləndirmənin zəif olması, insanların öz hüquqlarını bilməməsi səbəbindən bir sıra hallarda bu kateqoriyadan olan şəxslər hüquqlarından yararlana bilmirlər. Bildiyiniz kimi, bir valideynini itirmiş və digər valideyni 1-ci yaxud 2-qrup əlil olmuş şəxslərin uşaqları da valideyn himayəsindən məhrum olmuş sayılır. Bu yaxınlarda bu kateqoriyadan olan bir valideyn bizə müraciət etdikdə bəlli oldu ki, qızı 3 kursdur və onlar 3 ildir ödəniş edir və təaqüd almırlar. Universitetlə yazışmalardan sonra problem həll edildi və ödənişlər də geri qaytarıldı. Lakin burada bir problem ortaya çıxır ki, bu hüquqlar şəxslərə avtomatik formada təyin edilmir. Yəni bu hüquqlardan yararlanmaq üçün gərək müraciət edəsən. Əlbəttə ki, dövlətin əlində bu kateqoriyadan olan şəxslərin siyahısı var. O səbəbdən bu şəxslərə avtomatik olaraq təaqüd, müavinət və qanunda göstərilən digər sosial yardımlar verilməlidir". 

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Lakin bu müddəanın praktikada istifadəsinə rast gəlməmişəm. Həmin qanunda bu qəbildən olan bir sıra maddələr var ki, praktikada tətbiq olunmur. O səbəbdən, ümumiyyətlə ölkədə dövlət xidmətlərinin sürətlə elektronlaşdırılmasına ciddi ehtiyac var. Belə olduğu təqdirdə vətəndaşlar, ictimaiyyət qanunlardan doğan hüquqların hansı dərəcədə yerinə yetirildiyini izləyə biləcəklər. Hazırda bu hüquqlardan şəxslərin nə dərəcədə yararlandığını monitorinq etmək də çətindir. Halbuki bir çox ölkələrdə müxtəlif katerqoriyalardan olan əhalinin həssas qrupları ilə işləyən bir çox təşkilatlar fəaliyyət göstərir, dövləti, yerli və beynəlxalq qurumları vaxtaşırı mövcud problemlərlə bağlı məlumatlandırır. Təəssüf ki, bizdə bu mexanizmlər işləmir", - o bildirib. 

Zülfiyyə Quliyeva

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo