13:30, 11 Yanvar 2021 (Bazar ertəsi) 53

Azərbaycanda yeni 1və 5 manatlıqlar dövriyyəyə buraxılacaq

Azərbaycanda yeni 1və 5 manatlıqlar dövriyyəyə buraxılacaq
FOTO:aba.az

Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.


Bu barədə yanvarın 11-də AMB-dən məlumat verilib.

Məlumata görə, yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaq.

Bildirilib ki, koronavirusla bağlı mövcud pandemiya vəziyyəti ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (Modenis MMC - "eManat", Komtec Ltd. - "MilliÖN”, Expressbank ASC - "Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinin yekunlaşmadığına və bu proseslərin davam etdiyinə dair məlumat veriblər.

AMB məsələ ilə əlaqədar əhalinin diqqətinə çatdırıb ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur.

Yenilənmiş pul nişanları ilə bağlı əlavə məlumatın Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə edilməsinin mümkün olduğu bildirilib.