16:49, 07 Avqust 2019 (Çərşənbə) 100

Azərbaycanda yol qəzalarının sayı artıb

Azərbaycanda yol qəzalarının sayı artıb
Bu ilin 6 ayı ərzində baş verən yol qəzalarının sayı artıb.

Bu  barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, cari ilin ilk 6 ayinda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə  yol-nəqliyyat hadisələri 2 faiz artıb.  

Hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olub. 

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil edib. 

Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Qəzalarda 342 nəfər həlak olub, 745 nəfər isə yaralanıb. 

Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz, yaralananların sayı isə 0,7 faiz azalıb.

Şəmsiyyə İbişova