Siyasət

Azərbaycanda "yuxarılar" hər yerdə sizi izləyir

18 Yanvar, 2019
1144
2019-cu il 7 yanvar tarixində Qurium Media Fondunun təhlükəsiz hostinq layihəsi olan "VirtualRoad” Azərbaycanın ən köklü müxalifət qəzeti olan "Azadlıq” qəzetinin (azadliq.info) saytına qarşı yeni hücumlar barəsində hesabat yayımladı.

Hesabatda belə deyilir: "Bifrost xidmətimizdən və on milyonlarla dollarlıq DPI paylaşımından istifadə edərək Azərbaycan daxilində "azadliq.info” saytını açıq saxlamağa çalışmağımızdan on ay keçdikdən sonra deyə bilərik ki, bu, bir daha hökumətin informasiya nəzarətinə nə dərəcədə bağlı olduğunu göstərir".
Dərin paket yoxlaması (DPY) kimi tanınan DPİ-nin yerləşdirilməsi Azərbaycanda 2017-ci il mart ayından etibarən istifadə olunur və informasiyanın ələ keçirilməsinə imkan verən ən yaxşı rəqəmsal dinləmə vasitəsi kimi tanınır.

Lakin "Azadlıq" qəzeti hədəfdə olan yeganə media orqanı deyil. 2018-ci il dekabrın 27-də digər bir müxalif media quruluşu "abzas.net”-ə "Facebook” tərəfindən xəbərdarlıq edilib ki, saytın "Facebook” səhifəsi "ictimai standartların pozulması" səbəbilə silinib.

Səhifənin silinməsindən bir neçə gün əvvəl səhifənin adminləri yüzlərlə trol hücumuna məruz qaldıqları haqda məlumat veriblər və onlar səhifənin qayda pozuntularına yol verməsi barədə anonim şikayətlərin nəticəsində çökdürüldüyünə inanırlar. Bu yazı yazıldığı müddətdə səhifə hələ də bağlı olaraq qalır.

Ötən ilin noyabr ayından etibarən hücumlara məruz qalan digər media qurumu Azad Avropa Radiosunun Azərbaycan bölməsi olan Azadlıq Radiosudur ("Azadlıq" qəzeti ilə əlaqəsi yoxdur). 24 noyabr 2018-ci il tarixində qurumun "Facebook” səhifəsi oğurlanıb və bir neçə saat ərzində səhifənin aktiv olduğu günə qədər paylaşılan bütün video və fotoşəkillər silinib.

Hücumdan sonra radio "Facebook” səhifəsinin nəzarətini geri ala bilib. Ötən ilin yanvar ayında mərkəzi ofisi Berlində yerləşən, Azərbaycanla bağlı üç dildə xəbər paylaşan Meydan TV öz "Facebook” səhifəsinə nəzarəti itirdi. Xakerlər saytın yaradıldığı 2014-cü ildən bəri səhifədə paylaşılan bütün paylaşımları, videoları və fotoşəkilləri sildi.

Son hücumların ardıcıllığını müşahidə edən ekspertlər üçün bu baş verənlər Azərbaycanın nəzarət və izləmə proqramlarının satın alınmasına olan marağını ifadə etməsindən sonra heç də təəccüblü və ya yeni bir şey kimi görünmür. Belə ki, 2011-ci il dekabrın əvvəlində Milli Təhlükəsizlik Xidməti (2015-ci ilin dekabrında rəsmən ləğv edilmiş və Milli Təhlükəsizlik Xidmətinin yeni bir orqanı ilə əvəzlənmişdir) qanuni xakerlik xidməti almaq üçün NICE Sistemlərinə (İsrailin Xakerlər Komandası üçün rəsmi diller) müraciət etdi.

Xakerlər komandasının sızdırılmış 2012-ci il may ayı tarixli elektron məktublarından biri Milli Təhlükəsizlik Xidmətinin xüsusi marağını ortaya qoyur. "Müştəri ISP virusu (HT NIA) və mobil viruslara olan marağını vurğuladı," – elektron məktubda deyilir.

Provayderlər arasındakı növbəti elektron məktubda detallar daha aydın üzə çıxır. Məktubda deyilir: "ISP/ MİM vasitəsilə "Skype” hesabının ələ keçirilməsi, mobil telefonlarda (Android, IOs və Windows) və kompüterdə (IOS və Windows) "Skype” hesabının ələ keçirilməsi”.

Uzaqdan İdarəetmə Sisteminin təklif etdiyi digər vasitələr olaraq Milli Təhlükəsizlik Nazirliyi xüsusilə hədəf şəbəkəsini izləyən, seçilmiş RMI (Uzaqdan Mobil Virus) və Veb resurslarına agent yerləşdirən və RCS agentlərinin mobil telefonda quraşdırılmasına imkan verən TNI (Taktiki Şəbəkə İnjeksiyası) RCS moduluna maraq göstərir.

RCS texnologiyası virusa yoluxmuş cihazlarda onlayn və oflayn vəziyyətdə məlumatların toplanmasına imkan verir. Məlumatlar basılan düymələri qeydə alır və sistem xakerlərin istifadəçilərin məlumatı olmadan cihazlardakı kameraları və mikrofonları açmasına imkan verir.

Bu texnologiyanın vətəndaş cəmiyyəti əleyhinə istifadə edildiyini göstərən nümunələrdən biri "Amnesty İnternational” təşkilatının 2017-ci il hesabatında yayımlandı. "Amnesty İnternational” təşkilatının məlumatına görə 2015-ci ildə Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının kompüterində zərərli proqram aşkar edilib. Zərərli proqram tələ kimi bir sənəd açır.

"Bu proqram qurğu sisteminin parametrlərini (IP ünvanlarını və sistem qurğularını) toplayır. Agent daha sonra və e-poçt, sosial media kimi onlayn platformalarda şəxsi məlumatları əldə etmək üçün istifadəçinin basdığı tuşları, ekran görüntülərini qeydə alır".

Eyni zərərli proqram insan hüquqları müdafiəçisi və köhnə siyasi məhbus Rəsul Cəfərli və digərlərinə qarşı da istifadə edilib.

Digər hücum formalarına bir sıra xəbər saytlarına daxil olmağın (bu veb saytların əksəriyyəti rəsmi olaraq 2017-ci ilin may ayından etibarən bağlanmışdır) qarşısını almaqda kömək edən internet şəbəkəsinin süni şəkildə həddən artıq yüklənməsi daxildir. Belə ki bu barədə "VirtualRoad” 2016-cı il hesabatında məlumat verib. Daha sonra 2017-ci ildə nəşr olunan növbəti hesabatında "VirtualRoad” müstəqil media qurumlarına qarşı DDoS və hökumət qurumlarının istifadə etdiyi IP ünvanlarından edilən hücumların sübutlarını verib.

"Azadlıq” qəzetinə, Azadlıq Radiosuna və digər platformalara qarşı ən son hücumlardan aydındır ki, media və ifadə azadlığına qarşı təzyiq göstərilməsindən, siyasi hədə-qorxudan və digər təzyiq formalarından əlavə Azərbaycan hökuməti DDoS hücumları, veb-saytların bloklanması, sosial media hesablarının və müstəqil vətəndaş cəmiyyəti fəallarının elektron poçt ünvanlarının ələ keçirilməsi, "YouTube” saytına məzmunun çıxarılması barədə tələblər göndərilməsi, dövlət qulluqçularının və gənc könüllülərin kütləvi şəkildə trol kimi ixtisaslaşdırılması və Dərin Paket Yoxlama vasitələrinin istifadəsi kimi bir sıra informasiyanın idarəedilməsi üsulları tətbiq edir.

"VirtualRoad”-un qiymətləndirməsinə əsasən 2016-cı ilin oktyabr ayından 2017-ci ilin mart ayına qədər olan DDoS hücumları azərbaycanlı administratorlar tərəfindən idarə olunan xüsusi serverlərdən həyata keçirilib və "VirtualRoad” hücumçuların ölkənin kibertəhlükəsizlik xidmətinə yaxın olduğu qənaətinə gəlib. "VirtualRoad” həmçinin 2017-ci ildə edilən qanuni dəyişikliklər nəticəsində "abzas.net” və "azadliq.info” saytlarına daxil olmağa maneə törədilməmişdən öncə bu saytların botnet hücumlarına məruz qaldıqlarını aşkara çıxarıb.

2018-ci ilin aprelində nəşr olunan digər hesabatda hökumətin 2017-ci ilin mart ayından etibarən Dərin Paket Yoxlaması-DPY (Deep Packet Inspection) istifadə etdiyi sübutlarla göstərilir. Hesabatda həmçinin Azərbaycan hökumətinin bu xüsusi təhlükəsizlik avadanlığını İsrailin "Allot Communication” təhlükəsizlik şirkətindən 3 milyon ABŞ dollarına satın aldığı məlum olur.

NICE Sistemləri ilə çalışmaqla Azərbaycan hökuməti İsrail şirkətləri ilə sıx əməkdaşlıq edirdi. Yeni nəşr olunan hesabatda "VirtualRoad” həmçinin Azərbaycanın "Allot Communications” texnologiyası ilə birlikdə şəbəkə trafikinin idarə edilməsi və Dərin Paket Yoxlaması üzrə ixtisaslaşan, Kanadanın Vaterlo şəhərində yerləşən şəbəkə avadanlıqları şirkəti "Procera Sandvine” şirkəti ilə əməkdaşlıq etdiyini ortaya çıxarıb. Vətəndaş laboratoriyasının hesabatına əsasən daha öncə bu şirkətin avadanlıqlarından" "Türkiyə və bilavasitə Suriya dövlətinə zərərli proqramlar təqdim etmək və Misirdəki qapalı qurumlar üçün reklamlar və kriptovalyuta mədənçiliyi yolu ilə gizlicə pul toplamaq” məqsədilə istifadə olunub.

Müstəqil kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin sayının bir neçə nəfərə düşdüyü, həbsxanaların jurnalistlərə və vətəndaş fəallarına qollarını açdığı, məhkəmələrin saxta ittihamlarla onlar haqqında həbs qərarı verdiyi bir ölkədə suveren hökumətin öz vətəndaşlarının onlayn və ya oflayn olarkən gördüyü işlərin keçmişini araşdırmasına imkan verən texnologiyalardan istifadə etməsi sadəcə xəbərdarlıq deyil, gizlilik, anonimlik və təhlükəsizlik hüquqlarının birbaşa pozulmasıdır.

Ən son təqib hadisəsi Mehman Hüseynova qarşı baş verib. Mehman Hüseynov "Sancaq TV” adlı "YouTube” kanalı ilə hökumətin yol verdiyi korrupsiyaları, sosial bərabərsizliyi və digər məsələləri sənədləşdirən jurnalistdir. Hüseynov iki il bundan əvvəl saxta ittihamlarla həbs olunub. 2019-cu ilin mart ayında həbs müddətinin bitməsinə baxmayaraq, Hüseynova "hakimiyyət nümayəndəsinə sağlamlığı və həyatı üçün təhlükə yaradan şiddət tətbiq edərək müqavimət göstərmək" ittihamı ilə yeddi il əlavə həbs cəzası verilə bilər. 26 dekabr 2018-ci ildə yeni cinayət işinin elanından sonra Hüseynov aclıq aksiyasına başlayıb.

Yeni ittihamlar sosial mediada kütləvi dəstəyə səbəb oldu. Bəzi aktivistlər Bakıda Hüseynova dəstək məqsədilə icazəsiz etiraz aksiyaları keçirdilər və bu aksiyalar həbs və cərimələrlə nəticələndi. Bir sıra hüquq-mühafizə qrupları beynəlxalq çağırışlar etdi. Həmçinin Avropa Şurasının İnsan Hüquqları üzrə müşaviri Dunya Miyatoviç də yeni ittihamları dərhal dayandırması və Hüseynovun azad etməsi üçün Azərbaycanın hökümətinə çağırış etdi.

Hüseynov günahsız olduğunu deyir və ona dəstək olanlar inanır ki, yeni ittihamlar sadəcə blogeri həbsdə saxlamaq məqsədi daşıyır. Lakin hakimiyyət bununla razılaşmır. Hüseynov aclıq aksiyasına başlayandan və beynəlxalq təzyiqin başlanmasından sonra hökumət nümayəndələri Hüseynovun qanunu pozduğuna görə həbsxanada olduğunu və işlədiyi cinayətlərə görə məhkumluğunun davam etdiyini vurğulayır.

11 yanvar 2019-cu ildə Hüseynovun verdiyi ifadə sosial şəbəkələrdə yayılıb. Mətbuata göndərdiyi açıqlamada Hüseynov qeyd edir ki, o yaxşıdır, aclıq aksiyasına son verəcək və ona qarşı açılan cinayət işinin istintaqın ədalətli olacağını gözləyir.

Lakin çox az insan bəyanatın həqiqiliyinə inanır. Bir gün əvvəl Hüseynovla görüşən vəkili Şahla Hümbətova deyir ki, Hüseynov ona bəyanat barədə heç nə deməyib.

"Bəyanatda yazılanlardan fərqli olaraq Mehman mənə dedi ki, qatı qidalardan imtina etməyə və yalnız su və süd içməyə davam edəcək. O bildirdi ki, bu aksiyanı 2 martadək, yəni azad ediləcəyi günə qədər davam etdirəcək," - Mehmanın qardaşı Emin Hüseynov Azadlıq Radiosuna müsahibəsində bildirib və məktubun hazırlandığını təsdiqləyib.

Ədalətin nadir hallarda qalib gəldiyi bir ölkədə məcburi və uydurma bəyanatlar təəccüblü olmamalıdır. Artıq mövcud bütün gücə sahib olan bir hökumətin nə qədər irəli gedə biləcəyi hələ sual olaraq qalır.

Məqalə "The Foreign Policy Centre" tərəfindən dərc olunub.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo