17:26, 17 Oktyabr 2020 (Şənbə) 154

Azərbaycandakı əsir erməni hərbçilər ailələrilə danışıblar

Azərbaycandakı əsir erməni hərbçilər ailələrilə danışıblar
Qarabağda gedən döyüşlərdə Azərbaycan Ordusuna əsir düşmüş erməni hərbçilər Areq Sarkisyan və Narek Amircanyan valideynlərilə danışıblar.

Bu barədə Ermənistanın keçmiş ədliyyə naziri və hüquq müdafiəçisi Artak Zeynalyan özünün "feysbuk” səhifəsində məlumat verib:"Areg Sarkisyan və Narek Amirjanyan ailələrinə zəng ediblər, sağdırlar və xəstəxanadadırlar”.

Bununla da oktyabrın 16-da Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan höküməti qarşısında qoyduğu Ermənistan tərəfinin Areg Sarkisyan və Narek Amirjanyanın yaşamaq və sağlamlıq hüquqlarını təmin etmək tələbi yerinə yetirilib. Məhkəmə onların sağlamlıq vəziyyəti barədə məlumatların təqdim olunması üçün oktyabrın 22-dək vaxt müəyyən etmişdi.